Nepalda təyyarə qəzasının daha bir görüntüsü ortaya çıxdı: Rus bloger dəqiqələr əvvəl paylaşıb

Nepalda təyyarə qəzasının daha bir görüntüsü ortaya çıxdı: Rus bloger dəqiqələr əvvəl paylaşıb
DÜNYA
13:03 16.01.2023
333
Nepalda 72 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təyyarədəki son anları əks etdirən tükürpədici görüntülər üzə çıxıb.

Yeti Hava Yollarına məxsus ATR 72 cüt mühərrikli təyyarənin qəzaya uğraması dünyanın bir nömrəli gündəmi olmağa davam edərkən fəlakətdən qısa müddət əvvəl sərnişinlərin çəkdiyi görüntülər ortaya çıxıb.

Təyyarədə olan sərnişinlərdən biri rusiyalı blogeri Elena Banduro tərəfindən çəkilmiş görüntülər tezliklə sosial şəbəkələrdə yayılıb.

33 yaşlı bloger təyyarənin Pokharada vadisinə çırpılmasından və alovlanmasından bir neçə dəqiqə əvvəl gülümsəyən selfi yayımlayıb.

Jaiswal adlı sərnişinin smartfonu ilə lentə aldığı video təyyarənin son görüntüsü kimi qeydə alınıb.
 
Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, video çəkiliş davam etdikcə kamera titrəməyə başlayır və sərnişinlər qışqırmağa başlayır.

Hindistan mətbuatında çıxan xəbərdə sərnişinin təyyarənin düşmə anı təyyarənin düşməsindən qısa müddət əvvəl sosial mediada canlı yayımla lentə aldığı bildirilib.

Məlumatlarda həmçinin bildirilib ki, Jaisvalın ailəsi onun ölümünü təsdiqləyib.
 
Təyyarədə 4-ü ekipaj üzvü olmaqla 72 nəfər olub. Təyyarənin qara qutusu səhər saatlarında tapılıb.

Baş nazir Puşpa Kamal Dahal açıqlamasında sabah ölkə daxilində milli matəm elan edildiyini açıqlayıb və hər kəsi bölgədəki xilasetmə işlərinə dəstək verməyə çağırıb.

Səlahiyyətlilər bölgədə axtarış-xilasetmə işlərinin sabaha qədər dayandırıldığını bildirib. Baş nazir Dahaalın rəhbərlik etdiyi fövqəladə kabinet iclasından sonra açıqlama verən maliyyə naziri Bişnu Paudel hökumətin qəzanın səbəblərini araşdırmaq üçün bir komitə yaratdığını və komitənin 45 gün ərzində qəza ilə bağlı hesabat verməsinin gözlənildiyini bildirib.
 
Mikayıl
 

 



OXŞAR XƏBƏRLƏR