Nəqliyyat Nazirliyi avtobus sürücülərini cərimələdi - FOTOLAR

Nəqliyyat Nazirliyi avtobus sürücülərini cərimələdi - FOTOLAR
Bütün Xəbərlər
15:49 08.11.2013
964
Qanunsuz sərnişin daşımaqla məşğul olan, kateqoriyasız sürücülük vəsiqəsi ilə fəaliyyət göstərən sürücülərə qarşı reydlər keçirilib
Nəqliyyat Nazirliyi və Dövlət Yol Polis idarəsi bu gün növbəti reyd keçirib. Nəqliyyat Nazirliyindən  verilən məlumata görə, reydlər qanunsuz sərnişin daşıyan taksi və avtobus, kateqoriyasız sürücülük vəsiqəsi olan,beynəlxalq sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edən sürücülərə qarşı, o cümlədən qanunsuz parklanmaya qarşı olub. Reydlər Koroğlu metrosunun yaxınlığında, Nizami rayonunun ərazisində keçirilib.Reydlər noyabr ayının sonuna kimi davam edəcək.(ANSPRESS)
OXŞAR XƏBƏRLƏR