Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni TƏYİNAT
SOSİAL
12:21 14.05.2019
2592
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub. 

AZXEBER.COM xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Günel Gözəlova gətirilib. Günel Gözəlova bu təyinata qədər "Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, "Gənclər” redaksiyasının rəhbəri, "Lider xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. 

"Bir inci xanım”, "Mübariz”, "Şahinlər”, "Hünərin gücü”, "İnibahn zirvəsi”, "İkinci həyat”, "Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 

OXŞAR XƏBƏRLƏR