AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər bəzi şəxslərə dövlət yol polisinin adından belə mesajlar gəlir. Müəyyən cərimələrinin ödənməli olduğu bildirilir. Lakin nəzərə alsaq ki həqiqəti əks etdirən məlumat xarakterli mesajlar belə olmur. Onlarda ad, soyad, cərimənin aid olduğu maddə, məbləğ, tarix və protokol nömrəsi qeyd edilir.
Bəzi şəxslər yeni mesajın format dəyişikliyi olduğunu hesab edərək linkə giriş edir, daha sonra isə dələduzluğun qurbanı olur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, belə mesajlar saxtadır.
Qeyd edək ki, həmin saxta mesajlar əsasən xarici nömrələrdən göndərilir.










































