Nəqliyyatda ona yol vermədiyinə görə həmin şəxsə işgəncə verərək öldürdü

Nəqliyyatda ona yol vermədiyinə görə həmin şəxsə işgəncə verərək öldürdü
DÜNYA
00:05 24.08.2022
682
Mersində bir şəxs yolda yol vermədiyinə görə dava etdiyi şəxsi işgəncə verərək öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Ali yol vermək məsələsinə görə müzakirə etdiyi Hüsaməddin Kuş adlı şəxsi əvvəlcə maşını ilə vurub, sonra isə həmin şəxsi bıçaqlayaraq öldürüb. 

Belə ki, kiçik həcmli yük maşınını yolun kənarında saxlayan Hüsaməddin Kuş dostu ilə sahildə oturaraq söhbətə başlayıb. Bu arada maşını ilə gələn Mehmet Ali yolu keçə bilmədiyini iddia edərək Hüsaməddin Kuşdan avtomobilini çəkməsini istəyib. Uzun sürən mübahisədən sonra Mehmet Ali maşını ilə Kuşla toqquşub və ərazidən qaçıb. Hadisədən sonra Hüsamettin Kuş və dostu kiçik həcmli yük maşınına minərək Mehmet Ali-ni təqib etməyə başlayıblar. Maşından düşərək dalaşan sürücülərdən Mehmet Ali cibindən çıxardığı bıçaqla Kuşa sinəsindən xəsarət yetirib. 

Ağır yaralanan şəxs təcili yardımla aparıldığı Tarsus Dövlət Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq xilas ola bilməyib.

Polis qətldə şübhəli bilinən şəxsi saxlayıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR