ABŞ-nin "Kolumbus Kru" klubu hücumçu Nəriman Axundzadəni "Qarabağ" komandasından transfer etdiyini rəsmən elan edib. AZXEBER.COM xəbər verir ki, kıub rəsmi səhifəsində Nəriman haqda paylaşım edib. 21 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Transfermarket saytı isə Nərimanın transfer qiymətini açıqlayıb. ABŞ klubu Nərimana görə "Qarabağ”a 2,5 milyon avro ödəyib. Qeyd edək ki, bu Azərbaycan futbol tarixinin ən bahalı transferidir.