Nəriman Axundzadə Azərbaycanın ən bahalı futbolçusu oldu - Transfer qiyməti açıqlandı

Nəriman Axundzadə Azərbaycanın ən bahalı futbolçusu oldu - Transfer qiyməti açıqlandı
İDMAN
09:10 11.02.2026
3616
ABŞ-nin "Kolumbus Kru" klubu hücumçu Nəriman Axundzadəni "Qarabağ" komandasından transfer etdiyini rəsmən elan edib.

AZXEBER.COM xəbər verir ki, kıub rəsmi səhifəsində Nəriman haqda paylaşım edib.

21 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Transfermarket saytı isə Nərimanın transfer qiymətini açıqlayıb.

ABŞ klubu Nərimana görə "Qarabağ”a 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, bu Azərbaycan futbol tarixinin ən bahalı transferidir.
OXŞAR XƏBƏRLƏR