Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları açıqlanıb

Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları açıqlanıb
İDMAN
22:35 10.02.2026
820
ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Futbolçu P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Qeyd edək ki, Nəriman Axundzadə cari mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.
OXŞAR XƏBƏRLƏR