Məşhur "Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini açıqlayıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk "3-lük”də "Qarabağ”ın futbolçuları qərarlaşıb.
Ağdam klubunun yarımmüdafiəçiləri Kadi Borges və Leandro Andrade 2,5 milyon avro ilə siyahıya başçılıq edir.
Dəyəri 2 milyon avroya yüksələn Nəriman Axundzadə isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ”ın futbolçularının bir çoxunun transfer qiymətində artım müşahidə olunub.