Nərimanov gənclərindən Türkiyədəki terrorla bağlı bəyanat - Fotolar

SOSİAL
17:07 29.06.2016
1470
28 iyun 2016-cı il tarixdə İstanbulun Atatürk hava limanında baş verən hadisəyə öz etirazlarını bildirmək üçün Nərimanov rayon gəncləri Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında toplaşaraq terror qurbanlarının xatirəsini yad edib, səfirliyin qarşısına gül dəstələri düzüblər.
AZXEBER.COM xəbər verir ki, gənclər hava limanında törədilmiş terror aktını kəskin şəkildə pisləyən bəyanatla çıxış edərək hadisədən kədərləndiklərini bildirib, terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd ediblər.
OXŞAR XƏBƏRLƏR