Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Azadlıq prospektində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Həsənov Elşad Elşən oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burnun sınığı diaqnozu qoyulub.