Nərimanov və Sabunçu rayonlarında oğurluq edənlər saxlanıldı

Nərimanov və Sabunçu rayonlarında oğurluq edənlər saxlanıldı
SOSİAL
12:32 03.11.2025
71
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.

AZXEBER.COM xəbər verir ki, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb. 

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR