Müğənni Nərmin Kərimbəyova yeni klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sənətçinin "8 mart Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş özəl klipi "Sevgi qadını" adlı nəğməyə ekranlaşdırılıb.
Bəstənin müəllifi Səfər Zaman Nərminin bu layihəsində tərəf müqabili olub.
Dostların lirik ballada dueti sadə süjet xətti üzərində qurulub. Ekran işində Səfərin pianoda ifası, Nərminin onun zövqlə seyr etməsi xüsusən diqqətləri özünə çəkib.
Klipində bir neçə libasda kamera qarşısına keçən Kərimbəyova, bu işinin də olduqca bəyəniləcəyini söyləyir.