Nərmin Kərimbəyovadan iddia: “Mən sənətkaram, tarix yazıram”

Nərmin Kərimbəyovadan iddia: “Mən sənətkaram, tarix yazıram”
MAQAZİN
13:01 22.11.2023
175

"Mən səhnə adamıyam. Rəqs edirəm və özümü belə çox rahat hiss edirəm. Bilmirsiniz içinizdəki zəhəri kimə tökəsiniz”.

 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Nərmin Kərimbəyova "Space star” maqazin verilişinə açqlamasında deyib.

 

Müğənni, səhnə performasını və rəqslərini tənqid edənlərə cavab verib:

 "İnsanlar fərqliliyi çox gec qəbul edirlər. Rəqs eləməsəm belə, başqa nələrisə də tənqid edəcəklər. Bunu dəfələrlə yaşamışam. İnsanlar o qədər depressiv yaşayırlar ki, hər şeyə irad tapırlar. Bilmirlər zəhərlərini kimə töksünlər. Şou adamını görən kimi bütün neqativlərini sənə ötürürlər”.

Kərimbəyova "bunlar mənə təsir etmir” deyərək həmin insanlara xəbərdarlıq edib:

"Mən özümə baxıram və deyirəm: Möhtəşəmsən, qadın! Belə də davam et. Qalmaqal mənə nə verəcək bu həyatda? Mən belə gündəmdə qalmaq istəmirəm. Özümü tənqid edirəm və deyirm ki, mənə yaraşmaz. Başqası edirsə özü bilər, hər kəsin öz yolu var. Onlar cəhd edib Nərmin kimi olmalıdır, ya Nərmin onlar kimi? Mən sənətkar adamam, tarix yazıram”.

 
 
Aysel
OXŞAR XƏBƏRLƏR