Nərminə Mustafayeva: Bizim tək istədiyimiz Xocalı soyqırımının səbəbkarlarının ədalətə təslim edilməsidir

Nərminə Mustafayeva: Bizim tək istədiyimiz Xocalı soyqırımının səbəbkarlarının ədalətə təslim edilməsidir
SOSİAL
22:12 23.02.2022
344
Fevralın 23-də İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin İstanbuldakı Baş Konsulluğunun və Mərmərə Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımını özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Xocalı soyqırımı barədə iştirakçılara geniş məlumat verib ölkəmizin bu qətliamın dünyaya tanıdılması istiqamətində atdığı addımlardan danışıb: "Bütün dünyada güclü diasporu ilə tanınan ermənilər öz yalanlarını dünyaya çatdırmağa nail oldular. Bunun ardından Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə fəaliyyətlərə başladı. Bu istiqamətdə Azərbaycan tərəfinin başlatdığı "Xocalıya ədalət!" kimi kampaniyalar öz töhfəsini verməyə başladı və nəhayət ki, artıq beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı tanınmağa, bununla bağlı sənədlər imzalanmağa başlanıb".

1994-cü ildə Azərbaycan parlamentinin Xocalı qətliamının soyqırımı olduğunu elan etdiyini bildirən baş konsul ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu soyqırımın dünyada tanıdılması istiqamətində atılan mühüm addımları xatırladıb.

Xocalı soyqırımının Azərbaycan üçün bir dönüş nöqtəsi olduğunu bildirən N.Mustafayeva deyib: "Xocalı soyqırımına qədər azərbaycanlılar ermənilərin bu qədər qəddar olacağına inanmırdılar. Ermənistan Azərbaycan sivillərinin hədəf alma siyasətini sonralar da davam etdirdi. Azərbaycanın Vətən müharibəsi dövründə də ermənilər Azərbaycanın dinc əhalisini hədəf aldı və bunun nəticəsində çox sayda insan qətlə yetirildi. Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər isə Xocalı və bu kimi bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi. Bizim indi tək istədiyimiz Xocalı soyqırımının səbəbkarlarının ədalətə təslim edilməsidir".

Tədbirdə çıxış edən Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri professor Okan Yeşilot, Rumeli Universitetinin professoru, təqaüddə olan polkovnik Ali Denizli, Aydın Universitetinin siyasi elmlər üzrə eksperti Murat Jane çıxış edərək Xocalı soyqırımı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfərimiz haqqında danışıblar.

Konfransda Baş Konsulluğun əməkdaşları, Mərmərə Universitetinin müəllim-tələbə heyəti, Türkiyə ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər