Nəşi tapılan əsgərlə bağlı rəsmi açıqlama

Nəşi tapılan əsgərlə bağlı rəsmi açıqlama
SOSİAL
15:16 31.05.2021
347
Hərbi Prokurorluq nəşi tapılan hərbçi ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM-a daxil olan məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
OXŞAR XƏBƏRLƏR