Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı

Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı
SOSİAL
17:04 24.04.2024
342
Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin başvermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR