Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini məhkəməyə verdi

Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini məhkəməyə verdi
SOSİAL
15:28 01.10.2019
5598

Bakı şəhəri, Nəsimi rayon Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini (BNA) məhkəməyə verib.

"Report"un xəbərinə görə, Bələdiyyə "öhdəliyin qoyulması” tələbinə dair elektron iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddiaçı Bakı Nəqliyyat Agentliyinin üzərinə 2019-cu ilin yanvar ayından Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərməsi ilə əlaqədar hər bir nəqliyyat vasitəsi üçün sutkada 0.1 manat ödəniş etməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Nəsimi Bələdiyyəsi bunu "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırıb.

Sözügedən qanunun 9.1.5-cim maddəsi bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişi müəyyənləşdirir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Hakim Fərid Mədətlinin sədrlik etdiyi iclasda məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, Nəsimi Bələdiyyəsi cavabdehə qarşı olan tələbinin məzmununu aydın şəkildə təsvir etmədiyinə görə, elektron qaydada daxil olmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub