Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirildi

Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirildi
SOSİAL
12:21 05.10.2017
1402

Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.

 

AZXEBER.COM xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Müəllimlər gününə həsr olunmuş video çarxa baxmışlar. Sonra tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevayanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.

Asif Əsgərov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərdiyi gənclər əldə etdikləri bilik və bacarıq, zəngin mənəvi kapital sayəsində respublikamızın təhsil, incəsənət, mədəniyyət və bir çox digər sahələr üzrə böyük inkişafın əsasını qoydular. Heydər Əliyevin rəhbərliyi ilə tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı.

"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən" insandır.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Natiq qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndərimiz öz çıxışlarında hər zaman

qeyd etmişdir ki, «Təhsil millətin gələcəyidir», « Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir». Onun siyasətini uğurla dava etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.

Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirmişlər.

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 04 Oktyabr 2017-ci il tarixli Sərəncamı ilə "Əməkdar müəllim” adına layiq görülmüş 23 saylı tam orta məktəbin müəllimi - Mirzəyeva Ağabacı Nuftulla qızı və "Tərəqqi medalı” ilə tətif edilmiş Bakı Slavyan Universitetinin məktəb lisey kompleksinin müəllimi - Kərimli Naibə Kamil qızı və 46 saylı tam orta məktəbin müəllimi Ələkbərli İncinaz Rauf qızını təbrik edərək gül dəstələri və hədiyyələr təqdim etmişdir.

Tədbirin sonunda iştirak edən təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi
14:18 22.06.2025
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi