Nəsimi rayon məktəblərində maarifləndirici tədbir

Nəsimi rayon məktəblərində maarifləndirici tədbir
SOSİAL
12:46 22.12.2018
6874
Dünən Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək” mövzusunda 8 sayli məktəbdə geniş maarifləndirici tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovniki, leytenant Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, psixoloq Ülkər Hüseynova,Qarabağ qazisi Azər Quliyev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənov və məktəbin direktoru Aytən Baxşıyeva  şagirdlər və müəllimlər  iştirak etdiblər.

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparılıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR