Nəsimi rayon məktəbliləri cənub bölgəsində - Foto

Nəsimi rayon məktəbliləri cənub bölgəsində - Foto
SOSİAL
14:15 13.11.2017
838

Nəsimi rayonun IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 11-də axşam saatlarında cənub bölgəsinə gəliblər.

 

AZXEBER.COM xəbər verir ki, "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları səyahətlərinə Lənkəran rayonundan başlayıblar. Məktəbliləri şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Sonra Nəsimi rayonundan olan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Lənkərandakı "Qafqaz sahil” hotelldə yerləşiblər. Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Noyabrın 12-də məktəblilər Lənkəran, Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı məkanları ilə tanış olublar.

Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı "Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər. Məktəblilərə məlumat verilib ki, ümumi sahəsi 21 min 435 hektar olan Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir. Park 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.

Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”, "Mayak” binası, "Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Axşam saatlarında məktəblilər "Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, "Gənclər evi”ndə, Xəzər dənizi sahilində 8 hektar ərazidə salınmış park-bulvar kompleksində, "Yanar bulaq”da və "Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, "ASAN həyat” kompleksində və Viləşçay su anbarında olublar.

Cənub bölgəsinə səyahəti həmişə xatırlacaqlarını diqqətə çatdıran məktəblilər tur-aksiyanın onlarda zəngin təəssürat yaratdığını bildiriblər.

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aytəkinin övladı bu universitetə qəbul oldu
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu