Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" adı altında aksiyada iştirak edəcəklər

Nəsimi rayon məktəbliləri  "Ölkəmizi tanıyaq" adı altında aksiyada iştirak edəcəklər
SOSİAL
17:51 10.11.2017
863

Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər

AZXEBER.COM xəbər verir ki, Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bölgələrində ilk dəfə olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Lənkəran - Masallı - Astara rayonlarına səfər edəcəklər.

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.

Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunmuşdur.

«Ölkəmizi tanıyaq» tur aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.

Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

Tədbirdə Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan "Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə ifa edilmiş və Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə məktəblilərin iştirakı ilə çəkilmiş "Ölkəmizi tanıyaq” klipi tədbir iştirakçılarına təqdim olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaratmışdır. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU