Nəsimi rayonunda 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib

Nəsimi rayonunda 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib
SOSİAL
13:01 14.06.2018
3893
15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq rayonun Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, 15 iyun - Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas gününün bayramıdır. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olma təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə müstəqilliyimizi qorudu. Respublikamızda tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Mlli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün daha da artır.

Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.

G. Verdiyeva çıxışına davam edərək bildirdi ki, Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və qısa bir zamanda ölkəsini əbədi müstəqillik yoluna çıxardı.

Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuş, uşaqalar parkdakı oyun - əyləncə qurğularından istifadə edərək əylənmişlər. Tədbirdə 111 saylı tam orta məktəbin və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri konsert proqramı ilə çıxış etmişlər.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər