Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edildi

Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edildi
SOSİAL
17:11 10.01.2018
979

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edildi


 

 

AZXEBER.COM xəbər verir ki, ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Qafqaz Baku Sport otelində keçirilən, 2017-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirildi.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanbaba Xankişiyev bildirmşdir ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 4-cü mkr M.Cəlal 40 ünvanda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasının 11 sentyabr 2017-ci il tarixdə təntənəli açılışı olmuşdur. Açılışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva "Qərənfil" körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 1968-ci ildən fəaliyyət göstərən bu bağça 2 ha ərazisi 2 800 kv.m tikili sahəsi, 3 korpus, hər biri 3 otaq olmaqla 12 qrup, 12 sanitar qovşağı, 9 köməkçi otaqdan ibarətdir. Bundan başqa böyük mətbəxi, 2 anbarı və çamaşırxanası vardır. Baxçanın həyətində uşaqların oynaması üçün müxtəlif oyun elementləri, meydançalar salınmış və 8 ədəd söhbətgah quraşdırılmış, 3 000 kv.m qazon və 5 000 kv.m asfalt döşənib, 500-ə yaxın meyvə ağacı və gül kolları əkilmişdir. Bağçanın təmirindən sonra bütün mebel dəstləri və avadanlıqları yenisi ilə əvəz olub.

Heydər Əliyev Fondunun Vitse- Prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən"Bizim-Həyət" layihəsinə ilk olaraq Bakının Nəsimi rayonu qoşulmuşdur. Layihə çərçivəsində abadlaşdırılan ilk həyət rayonun Hüseyn Seyidzadə küçəsində olmuşdur.Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Əsgərovun dəstəyi ilə "Bizim-Həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə bütün yaş qrupları üçün əlverişli şəraitin yaradılması məqsədilə 2 ədəd söhbətgah, 10 ədəd müxtəlif əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançası və idman alətlərindən ibarət yeni meydança salınmışdır. Həyəti əhatə edən Hüseyn Seyidzadə 3a,4a və 5 saylı binalar əsaslı təmir olunmuşdur. Burada 4 000 kv.m asfalt örtüyü salınmış, 1 000 metr bardur çəkilmiş, 3 000 kv.m-dən artıq qazon döşənmiş,200-dən artıq ağac əkilib.

Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Məktəb Bağları" layihəsi çərçivəsində Nəsimi RİH-nin

dəstəyi ilə rayonun 5 və 111 saylı məktəblərinin həyətində 600 ədəd müxtəlif növ meyvə ağacları əkilmişir. Nəsimi RİH-nin dəstəyi ilə Asif Məhərrəmov 15 ünvanda ağacəkmə kampaniyası təşkil olunub. Burada abadlıq işləri aparılıb, meydança salınıb, uşaqlar üçün müasir əyləncə qurğuları yerləşdirilmişdir. 21 oktyabr 2017-ci il tarixdə rayonun Cavadxan küçəsində 400-ə yaxın dekorativ şam ağacları, 147 saylı uşaq bağçası və "Qərənfil" körpələr evinin həyətində isə 600-ə yaxın müxtəlif meyvə ağacları əkilmişdir. Yeni təmir olunmuş Mir Cəlal parkında 3 000-dən yuxarı gül kolları yenisi ilə əvəz olunmuşdur.

1-ci mkr Moskva prospekti 68 ünvanında yerləşən uzun müddət baxımsız qalmış park əsaslı təmir olunmuşdur. Parkda ahıl insanların istirahəti üçün yeni müasir şərait yaradılmışdır. Azyaşlı uşaqların istirahəti üçün müxtəlif oyun elementləri quraşdırılmışdır. Parkın ərazısınə səki daşları döşənmiş, yeni skamyalar qoyulmuş, çox sayda müxtəlif gül kolları əkilmiş və qazon döşənib.

Hesabat dövründə SİƏD-in ərazisində yerləşən Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1a, 2, 3, 3a,4a, 5, 9, 15, 16b, 21, 25 və 29 saylı binaların və Cavadxan 31,58, 62, 64, 66 saylı binaların, R.Məmmədov 5,15,17 saylı binalar,20 Yanvar 21b, 27b, 29 saylı binalar, Mir Cəlal küçəsi 54 və 56 saylı binaların- ümumilikdə 25 binanın fasadları rənglənmiş, pilləkən qəfəslərinin pəncərələri və qapıları dəyişdirilib yenisi ilə əvəz olunmuşur. Burada uşaqların oynaması üçün müxtəlif oyun elementləri, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılmışdır. Binaların ətrafına və həyətlərinə yeni asfalt örtüyü çəkilib.

Məruzəçi bildirmişdir ki, nümayəndəlik yarandığı gündən inzibati bina olmadığı üçün müxtəlif ünvanlarda, fərdi yaşayış sahələrində icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Ötən il Nəsimi Rayon İcra Hakimiyyətinin səyləri sayəsində mikrorayon ərazisində Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə inzibati bina ayrılmış və hal-hazırda həmin ünvanda tam fəaliyyət göstərməyimiz üçün müvafiq işlər aparılır.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.


Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2017-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, 20 mart 2017-ci il tarixdə Novruz bayramı münasibətilə Pişəvari küçəsində Yeni Loqistika mərkəzi-Yaşıl Market, daha bir iri satış mərkəzi olan "Bravo" hipermarketi isə 21 dekabr 2017-ci il tarixdə "20 Yanvar" metro stansiyasının yaxınlığında istifadəyə verilmişdir.

Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilib.


Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunmuşdur.

Hesabat yığıncağında "Qərənfil” körpələr evinin müdiri İradə Rüstəmova, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimi birliyinin sədri Azər Quliyev, 4-cü mikrorayon sakini Yusif Mirzəyev, Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib.


Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılib.

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"