Nəsimi rayonunda Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirildi - FOTOLAR

Nəsimi rayonunda Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirildi - FOTOLAR
SOSİAL
13:07 05.10.2018
2511
Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri keçirildi

AZXEBER.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib.

Asif Əsgərov bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərib.

"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən" insandır.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

Natiq qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla dava etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.

Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi kollecinin direktoru Nazim Kazımov, Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev və digərləri çıxış edərək təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildiriblər.

Tədbirin sonunda iştirak edən təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur. Tədbir incəsənət nümayəndələrinin iştirakı ilə davam edib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
18:24 14.06.2025
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
18:13 14.06.2025
İsrailin Zəncana hücumu zamanı 3 SEPAH hərbçisi öldürülüb
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
18:00 14.06.2025
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
17:57 14.06.2025
İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:41 14.06.2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır