Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilib
AZXEBER.COM xəbər verir ki, 4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol üzrə turnir təhsil müəssisələrinin idman klubları arasında təşkil edilmişdir. Turnirdə 10 voleybol komandası iştirak edib.
Azərbaycan Voleybol Federasiyasının idman zalinda dekabrın 7-də final yarışları keçirilmişdir. Final yarışında Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dillər Universitetinin komandaları rəqabət aparmışlar. Gərgin və maraqlı oyun nəticəsində Azərbaycan Tibb Universitetinin komandası qalib gəlib.
Beləliklə, Azərbaycan Tibb Universitetinin komandası birinci, Azərbaycan Dillər Universitetinin komandası ikinci və Azərbaycan Neft və Sənaye Universitetinin komandası üçüncü yerə layiq görülmüşlər. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mukafatlandırma mərasimində Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov və Azərbaycan Voleybol Federasiyasının baş məqçisi Faiq Qarayev qalib komandaları təbrik edərək onlara idman yarışlarında hər zaman qalib olmağı arzulayıb.
Tədbirin sonunda voleybolçu tələbələrlə xatirə şəkilləri çəkilib.




