Nəsimi rayonunda Orduya qanvermə aksiyası keçirilib

SOSİAL
17:01 06.04.2016
1958
Milli Orduya dəstək olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib.

AZXEBER.COM xəbər verir ki, qanvermə aksiyasında Nəsimi Rayonu ərazisində yerləşən idarə və təşkilatların kollektivləri, orta təhsil müəssisələrinin, Azərbaycan Dillər Universitetinin, Baki Slavyan Universitetinin, Azərbaycan Universitetinin müəllim və tələbə heyyəti, yüzlərlə könüllülər iştirak edib.

Həmçinin Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda da qanvermə aksiyası keçirilib.Qanvermə aksiyasından sonra Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər.

///Qafqaz.info

Nəsimi

Nəsimi

OXŞAR XƏBƏRLƏR