Nəsimi rayonunda silsilə ağacəkmə kampaniyası keçirildi

Nəsimi rayonunda silsilə ağacəkmə kampaniyası keçirildi
SOSİAL
13:28 23.10.2017
953

Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir, rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

AZXEBER.COM xəbər verir ki, 21 oktyabr 2017-ci il tarixdə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İməclikdə rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində 1000-dən artıq şam və sərv ağacları əkilmiş, 2000-dən artıq ağaca isə quluq edilmişdir. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış "Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahələrində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir. 21 oktyabr 2017-ci il tarixdə rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin və "Qərənfil” uşaq bağçası- körpələr evinin həyətlərində "Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Uşaq bağçasının həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların iştirakı ilə hazırlanmış kompozisyalara baxış keçirilmiş, uşaqların ifasında şən musiqi nömrələri ifa olunmuşdur.

Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov sakinlərlə görüşərək bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı quruculuq və abadlıq işləri vüsət almışdır. İDEA İctimai Birliyi tərəfindən ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılaraq "Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Ağacəkmə aksiyaları ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verməkdədir. Rayonda aparılan geniş abadlıq – quruculuq işləri haqqında məlumat verilərək görülən işlərin ölkə başçısının tapşırıqlarına uygun olaraq sakinlərin rifahının daha da yuksəldilməsinə yönəldildiyi bildirilmişdir.

Görüş zamanı sakinləri maraqlandıran suallar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən cavablandırılmiş və qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO