Nəsimi rayonundakı qəzalı evlər söküləcək - VİDEO

Nəsimi rayonundakı qəzalı evlər söküləcək - VİDEO
SOSİAL
00:24 12.02.2026
1003
Bakının Nəsimi rayonu ərazisindəki qəzalı evlər söküləcək.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Mirəli Qaşqay 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbli evlərə artıq baxış keçirilib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər.

Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər.

İlkin ehtimala görə, ərazidə park salınacaq.

Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.

Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR