Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər
SOSİAL
13:50 24.07.2017
821
 
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə tədbirlər davam edir.

Növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində "Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.

24 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin yay istirahətlərinin səmərəli keçirilməsi məqsədilə yaradılmış "Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərinə yola salınma mərasimi təşkil olunmuşdur. Şəki şəhərində yaradılmış yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 100 nəfər yeniyetmə-məktəbli yola salınmışdır.

Düşərgəyə yola salınan məktəblilərin onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olacaq, burada uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Şəki şəhərində yaradılmış "Gənc İlhamçılar” düşərgəsinin təşkilati işləri həyata keçirilmiş, istirahətə göndərilən uşaqların və onların valideynlərinin, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşü keçirilmiş düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.

Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Şəki şəhərinin görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək.

Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla Şəki şəhərinə yola düşmüşlər.

Yola düşməzdən əvvəl "Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır