Nəsimidə qadın meyiti aşkarlandı

HADİSƏ
08:58 04.06.2021
380
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Ələsgərova Rübabə Arif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR