Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib

DÜNYA
13:43 12.09.2019
6367

Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət "In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Konsertdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Prezidenti tərəfindən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın imzalandığını nəzərə çatdırıb. Eyni zamanda, Azərbaycan Prezidentinin digər sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan edildiyini bildirib. O, iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və yaradıcılığı haqqında məlumat verib.

 

Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına və onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.

Konsertdə F. Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub.

Xanəndələr, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib.

İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:47 04.07.2020

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

13:36 04.07.2020

Azərbaycana gələn 3 həkim geri qayıtdı, 19-u karantinə alındı

13:27 04.07.2020

İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - Fotolar

13:06 04.07.2020

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb

23:44 03.07.2020

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət etdi