'Nəsimi'nin dərisini soyanlara – Köşə

KÖŞƏ
13:48 19.01.2013
2254

“Nəsimi”nin dərisini soyanlara – Köşə

Çox təəssüf ki, dahi aktyorumuz bu dəfə yaratdığı möhtəşəm obrazlarla deyil, siyasətə qoşulmaq istəmədiyi üçün dillər əzbəri olub.Aktyor açıqlamasında qeyd edib ki, mənim işim kinodur, siyasət mənlik deyil və bu söz də bizim “ağzıgöyçəklər”i qəzəbləndirib.Nədənsə bizim mətbuat da belə məsələlərə çox həssas yanaşır. Qəzəbli kütlənin qarşısına qurban atmaq “Apokalipsis” filmindəki səhnələri xatırladır insana.Ölümün, döyüşün bir sözlə qanlı səhnələrin çoxluq təşkil etdiyi bu filimdə hər dəfə “Allaha” bir qurban verilir. İndi isə təzə “mod” düşüb, hər həftə bir adamı Facebook-a qurban verirlər. Bu dəfə qismət “Nəsimi”nin oldu.İndi baxın və görün mən deyən olacaq, yoxsa yox. “Nəsimi”nin də dadı gedəndən sonra onu atacaqlar bir kənara. Çeynəyə-çeynəyə dadı qaçdı deyib, yeni bir “saqqız” atacaqlar ağızlarına. O da bitəcək və yeniləri gələcək.Bir düşünün, “Nəsimi”ni, “Babək”i, “Beyrək”i bizim üçün bir əfsanəyə çevirən adam bu söz-söhbətlərdən sonra necə mənəvi bir zədə alacaq.Sizcə o bir də bu qəhrəmanları bizim üçün oynayardımı? Və ya yeni “Nəsimi”lər, “Babək”lər, “Beyrək”lər yetişdirəcəkmi? Mən onun yerində olsam barmağımı belə tərpətməzdim.Bir kənara çəkilib, birdəfəlik susardım. İçimdən nə söyərdim, nə də ki, qışqırardım. Bir kənarda televizorumu açar və isti çayımı yudumlayardım. Bəlkə o zaman ağzıgöyçəklər susarlar…Son günlərdə onun adı ilə bağlı baş verən hadisələrin ardından Rasim Balayevə zəng vurub, ona “Sizinlə bağlı aksiya keçirmək istəyənlər var” sualını verdim.Rasim bəy isə çox təmkinlə və səbirlə “Mənim adımdan heç kəs aksiya keçirməsin, mən bununla razılaşmıram və bundan xəbərim də yoxdur” dedi.Düşündüm ki, Rasim Balayevin adı ilə bağlı aksiya təşkil edib, ona xəbər verməmək yalnız bizim “demokratların” işi ola bilər. Təsəvvür edin, toy axşamında, səbəbkara xəbər verilmir.Hələ bu aksiya ilə bağlı Facebook-da “event”də yaradıblar ki, bəs filan tarixdə Vergilər Nazirliyinin qarşısında “Nəsimi” üçün aksiya keçiririk.İndi isə “Nəsimi”nin Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən istefa verməsi sözügedən “demokrat”ları qəzəbləndirib. Rasim Balayevdən siyasi lider formalaşdıra bilməyən müxalifətimiz növbəti süqutuna yaşayır.Əslində, bu, onlar üçün adi haldır. Çünki dəfələrlə məğlub olan insan məğlubiyyətdən qorxmaz, onu həyat tərzinə çevirər.Son günlər Rasim Balayevin məşhur filimdəki kimi, dərisini soydular, amma o yenə səsini çıxarmadı. Əsl sənətkara yaraşan da məhz budur.Rasim Balayev bir daha sübut etdi ki, o, Azərbaycan xalqına yalnız sənətiylə xidmət edir.Sonda bizim dahi sənətkarı tənqid etmək istəyənlərə demək istəyirəm ki, papağınızı qarşıya qoyub düşünün:Siz bu ölkə üçün, bu xalq üçün nə etmisiz? Sizə dahi sənətkarımızı tənqid, təhqir etməyə kim haqq verir? Unutmayın ki, Rasim Balayevin canlandırdığı obrazlar, onun siması hələ min illər yaşayacaq. Siz isə heç vaxt Facebook-dan kənara çıxa bilməyəcəksiz…Əfsələddin AğalarovGün.Az

OXŞAR XƏBƏRLƏR