Kadir Doğulu və Neslihan Atagülün evliliyinin üzərində bir müddətdir qara buludlar dolaşır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Neslihan Atagül həyat yoldaşı Kadir Doğuluya görə gözlənilməz addım atıb.
Neslihan Atagülün boşanmaq üçün onu sıxışdıran anasını həyatından uzaqlaşdırdığı iddia edilib.
Qeyd edək ki, bir neçə gün öncə Bakıya gələn Neslihan Atagül ərindən boşanmasını istəyən anası haqqında belə demişdi: "Bəzən səni dünyaya gətirən qadın belə səni anlaya bilmir. Mənə anamdan və atamdan daha yaxın həyat yoldaşımdır”.
Ayşən