Fətullayevin sözləri ona baha başa gəldi.
Azərbaycanın Sabirabad rayonunda baş vermiş qətlin təfərrüatları məlum oldu.
AZXEBER.COM Vesti.Az-a istinadən xəbər verir ki, Sabirabad rayonunda 25 yaşlı Fətullayev Abbas Nazim oğlunun boğazını kəsiblər.
Məlumdur ki, qətl 1992-ci il təvəllüdlü Fərəcov Araz Qabil oğlu tərəfindən törədilib. Cinayətin motivi müəyyən edilməyib.
İlkin istintaq zamanı müəyyən edilib ki, qətlə yetirilmiş Abbas Fətullayevin qatilin üç uşaq anası olan qardaşı arvadı ilə əlaqəsi olub.
Saxlanılan Fərəcov dindirilmə zamanı bildirib ki, günah ölənin özündədir. Qurban və qatil görüşüblər. Fətullayev qadının namusunu ləkələdiyi az imiş kimi, hələ bu barədə onun qohumları ilə də danışıb.
“Qatil ondan qardaşı arvadından əl çəkməyi tələb edəndə o, “Nəslinizdə kişi yoxdur”” - deyə onu təhqir edib. Bu barədə Sabirabad rayon Polis İdarəsindən bildiriblər.
Bu sözlər Fərəcovu özündən çıxarıb, cibindən ülgücü çıxararaq xainin boğazını kəsib.