Netanyahu: “Biz Suriyada yaşayan dostlarımıza sülh əlimizi uzadırıq”

DÜNYA
18:49 08.12.2024
172
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.

B. Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:

"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.

Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - deyə, B. Netanyahunun paylaşımında bildirilir.
 
///Apa

OXŞAR XƏBƏRLƏR