Netanyahu: “Bu fürsəti əldən verməyəcəyik”

Netanyahu: “Bu fürsəti əldən verməyəcəyik”
DÜNYA
02:00 31.10.2023
291
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya qarşı quru əməliyyatının HƏMAS-ın əlində olan əsirləri xilas etmək üçün bir fürsət olduğuna dair fikirlərini bildirib və bunu əldən verməyəcəklərini deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik iclasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Qəzzada quru əməliyyatının vaxt aparacağını və "tələlərə, çətinliklərə və itkilərə” səbəb olacağını ifadə edən Netanyahu deyib: "Amma sonda sizə yalnız bir şey söz verirəm: Həmas məğlub olacaq, məhv ediləcək və fərqli Qəzza mövcud olacaq”.

Netanyahu həmçinin Qəzzada Həmas tərəfindən saxlanılan israilli məhbusların azad edilməsi üçün səylərini davam etdirdiklərini ifadə edib:

 "Quru əməliyyatı onların azadlığa buraxılması üçün fürsət yaradır və biz bunu əldən verməyəcəyik".

Ayşən
OXŞAR XƏBƏRLƏR