Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb

Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb
DÜNYA
21:28 24.07.2025
605
İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.

Bu barədə "The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən bildirir.

"Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.

Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.
 
/report
OXŞAR XƏBƏRLƏR