İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ tərəfindən İsrailə yerləşdirilən F-22 qırıcı təyyarələrinin qarşısında açıqlama verərək İran və Livandakı hədəflərə qarşı əməliyyatların davam etdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Netanyahu ABŞ-nin F-22 təyyarələrinin yerləşdiyi ərazidə kameralar qarşısında çıxış edib.
O, İsrail və ABŞ arasında hərbi əməkdaşlığın tarixi əhəmiyyət daşıdığını vurğulayaraq iki ölkənin hərbçiləri, xüsusən də hava qüvvələri arasında koordinasiyanın güclü şəkildə davam etdiyini qeyd edib.
Netanyahu çıxışında İrandakı rejim hədəflərinə və Livandakı silahlı qruplara qarşı hücumların davam etdiyini bildirib. O, əməliyyatlarda mühüm nəticələr əldə edildiyini, lakin məqsədlərə çatmaq üçün hələ görüləsi çox işin olduğunu vurğulayıb.
İsrailin Baş naziri ABŞ Prezidenti Donald Trampa da təşəkkür edərək iki ölkə arasında sıx əməkdaşlığın davam edəcəyini və birlikdə məqsədlərə çatacaqlarına inandığını bildirib.
Gülay








































