Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək

Netanyahu: İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək
DÜNYA
23:53 19.05.2025
333
İsrail HƏMAS-ın vətəndaşlara humanitar yardımı əngəlləməsinin qarşısını almaq üçün bütün Qəzza zolağına nəzarət edəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"HƏMAS-ı məğlub etmək üçün intensiv döyüşlərlə bağlı operativ ehtiyaca əsaslanaraq, İsrail Qəzza zolağına əsas ərzaq ehtiyatlarını təqdim edəcək”, - Netanyahu bildirib.

İsrail Baş nazirinin sözlərinə görə, yardım mart ayında dayandırılıb, çünki HƏMAS ərzaqların bir hissəsini qarət edirdi.

Qeyd edək ki, mayın 19-da BMT-nin humanitar yardım daşıyan 5 yük maşınının ilk partiyası Kerem Şalom keçid məntəqəsi vasitəsilə Qəzza zolağına buraxılıb. İsrailin "Ynet" nəşri qeyd edib ki, bərpa olunan tədarüklər təxminən bir həftə davam edə bilər. Onların əksəriyyəti İsrail ordusunun nəzarəti altında olan zolağın cənub hissəsində yerləşdiriləcək.
 
/Report
OXŞAR XƏBƏRLƏR