"İsrail İrana qarşı müharibədə "tarixi qələbə"yə nail ola bildi".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.
"Biz iki bilavasitə ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə silahları ilə məhv təhlükəsini və 20 min ballistik raketin köməkliyi ilə məhv təhlükəsini", - deyə o vurğulayıb.
Netanyahu iddia edib ki, İsrail İranın nüvə layihəsini dondurub:
"Əgər kimsə bu layihəni dirçəltmək istəsə, belə bir cəhdin qarşısını almaq üçün eyni qətiyyət və qüvvə ilə hərəkət edəcəyik".
/Oxu.Az