Netanyahu müharibədən sonrakı planını AÇIQLADI

Netanyahu müharibədən sonrakı planını AÇIQLADI
DÜNYA
07:00 13.11.2023
241
İsrailin baş naziri Benyamin Netanyahu müharibədən sonrakı planını açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərindən sonra ABŞ-dən diqqətçəkən açıqlama gəlib.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin "CNN” televiziyasına müsahibəsində Qəzzaya hücumlardan sonra İsrailin planları ilə bağlı açıqlama verib. 

Netanyahu İsrailin prioritetinin "Həması məhv etmək" olduğunu bildirib və deyib ki, buna nail olduqdan sonra terrorun canlanmasının qarşısını almaq üçün bölgədə İsrail ordusunun dominant təsiri olmalıdır. Qəzzada "demilitarizasiya" və "deradikalizasiya" mövzularında bir mülki qurumun əməkdaşlıq etməsi lazım olduğunu ifadə edən Netanyahu deyib:

"Fələstin rəhbərliyinin hər iki məsələdə uğursuz olduğunu deməliyəm. Yenidən eyni çıxılmaz vəziyyətə düşməmək üçün yenidən strukturlaşdırılmış mülki hakimiyyət qurulacaq”. 

Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Jake Sullivan "CBS” News telekanalının "Face the Nation" proqramında verdiyi qiymətləndirmədə "Nəticədə fələstinlilərin gələcək administrasiyasının necə olacağına qərar verəcəyik", - deyə bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR