Netanyahu: “Çox çətin axşam keçirdik”

Netanyahu: “Çox çətin axşam keçirdik”
DÜNYA
10:50 22.03.2026
468
İranın İsrailə qarşı həyata keçirdiyi qisas hücumlarından sonra İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin "çox çətin bir axşam” yaşadığını bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, X platformasında verdiyi açıqlamada İran raketlərinin ciddi dağıntılara səbəb olduğu Arad şəhərinin meri Yair Maayan ilə görüşdüyünü qeyd edib.

Netanyahu açıqlamasında, "Gələcəyimiz uğrunda mübarizəmizdə çox çətin bir axşam keçirdik” deyərək, zərərçəkən bölgələrə bütün mümkün yardımların göstərilməsi barədə tapşırıq verdiyini bildirib.

Baş nazir eyni zamanda İsrailin İrana və Livana qarşı hərbi əməliyyatlarının davam edəcəyini vurğulayıb.

İsrail mətbuatında yayılan məlumatlara görə, son günlərdə müəyyən qədər yumşaldılan təhlükəsizlik tədbirləri yenidən sərtləşdirilir və bəzi bölgələrdə məktəblərin bağlanması nəzərdə tutulur.

Qeyd edək ki, İranın İsrailin cənubuna endirdiyi raket zərbələri nəticəsində çoxsaylı ərazilərə qəlpələr düşüb. Raketlərdən bəziləri birbaşa Dimona və Arad şəhərlərinə dəyib. Hücumlar nəticəsində ciddi dağıntılar qeydə alınıb və 100-dən çox insan yaralanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR