Netanyahu Qətərə zərbəyə görə üzr istədi

Netanyahu Qətərə zərbəyə görə üzr istədi
DÜNYA
21:23 29.09.2025
222
İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə telefon danışığında sentyabrın 9-da Dohada Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail Televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrailin baş naziri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib. Söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib.
OXŞAR XƏBƏRLƏR