Netanyahu Trampla bu səbəbdən 4 dəfə görüşüb

Netanyahu Trampla bu səbəbdən 4 dəfə görüşüb
DÜNYA
14:26 17.07.2024
184
İsrailin Baş naziri Benyamin Netanyahunun uzun müddətdir ABŞ-nin keçmiş prezidenti Donald Trampla münasibətləri düzəltmək üçün sıx səylər göstərdiyi ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, Netanyahuya yaxın adamların Trampın prezident seçkilərində uduzmasından sonra münasibətləri korlanan ikisi arasındakı buzları qırmaq üçün Trampla ən azı 4 dəfə görüşdüyü iddia edilib.

İddia edilib ki, Trampın Netanyahunun "Truth" sosial şəbəkə hesabında yayımladığı və sui-qəsd cəhdini pisləyən videonu paylaşması Netanyahunun ətrafını münasibətlərin gələcəyi üçün addımlar atmağa vadar edib.
 
ABŞ mətbuatına danışan Donald Trampın keçmiş müşaviri onun seçkiləri uduzmasından sonra Netanyahunun məyus olduğunu, lakin gələn ilin əvvəlində hər ikisi vəzifədə olsa, Trampın Netanyahu ilə yenidən işləyə biləcəyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR