Netanyahudan ərəb liderlərinə cavab: “Səssiz qalın!”

Netanyahudan ərəb liderlərinə cavab: “Səssiz qalın!”
DÜNYA
09:05 13.11.2023
246
İsrail Qəzzaya hücumları davam etdirir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 7-də HƏMAS-ın hücumları ilə hərəkətə keçən İsrail gecə-gündüz Qəzzanı bombalayır. 

İslam Əməkdaşlıq Təşkilatının dünənki Qəzza sammitinə 11 ərəb ölkəsi qatılıb. Görüşdə 1967-ci ildə olduğu kimi İsrailə qarşı geniş embarqo tələbi ilə bağlı razılığa gələ bilmədilər. 

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə mətbuat konfransı keçirib. 

Netanyahu ərəb ölkələrinin Qəzza üçün toplaşdığı, lakin bir nəticəyə gələ bilmədiyi zirvəni sərt sözlərlə tənqid edib:

"Əgər iqtidarınızı qorumaq istəyirsinizsə, yalnız bir şey etməlisiniz: Susmaq! Mən ərəb liderlərinə belə deyirəm. Maraqlarınızı və gücünüzü qorumaq istəyirsinizsə, yalnız bir şey etməlisiniz: Səssiz qalın! Sizin HƏMAS-a bağlılığınız var. HƏMAS Qəzza üçün fəlakət və pisliyin bir hissəsidir. Əminəm ki, ərəb ölkələrinin rəhbərləri bunu çox gözəl bilirlər”.

Ayşən
OXŞAR XƏBƏRLƏR