Netanyahudan Hizbullaha: “Onlar odla oynayırlar”

Netanyahudan Hizbullaha: “Onlar odla oynayırlar”
DÜNYA
07:35 14.11.2023
199
İsrail və HƏMAS arasında münaqişələr davam edərkən, Təl-Əviv və Livan arasında gərginlik artır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Livav Hizbullahının odla oynadığını deyib.

İsrail ordusu ilə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmalar davam edir. İsrailin şimaldakı qonşusu Livanla da münaqişələri var. 

İsrail mətbuatında yer alan xəbərlərə görə, baş nazir Benyamin Netanyahu Livanda Hizbullaha qarşı açıqlamasında deyib: "Onlar əsgərlərimizə və mülki vətəndaşlara qarşı hücumları genişləndirə biləcəklərini düşünürlər. Bu, odla oynamaqdır. Bizi sınaqdan keçirməyə çalışmasınlar. Çünki gücümüzün yalnız kiçik bir hissəsini göstərdik. Bizə zərər verənlərə zərər verəcəyik”.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvü ölüb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR