İsrailin baş naziri Benyamin Netanyahunun müharibədən sonrakı planları müzakirə etmək üçün kiçik və gizli bir komanda yaratdığı ortaya çıxıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, indiyədək 4 dəfə bir araya gələn komandada Mossad və Şin Bet təmsilçilərinin də yer aldığı bildirilib.
Xəbərdə İsrailin ABŞ-dakı səfiri Mayk Hersoqun da iştirak etdiyi, komandanın artıq 4 dəfə görüşdüyü və bu həftə yenidən görüşməsinin gözlənildiyi bildirilib.
"Kanal 13" telekanalı Haneqbinin rəhbərlik etdiyi komandanın əldə etdiyi nəticələrin təhlükəsizlik kabinetinə də təqdim ediləcəyini bildirib.
Mikayıl