Netanyahunun oğlu ölkəsindəki qurumları günahlandırdı

Netanyahunun oğlu ölkəsindəki qurumları günahlandırdı
DÜNYA
12:52 20.11.2023
162
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu HƏMAS-ın hücumlarında ölkənin silahlı qüvvələri və məhkəmələri günahlandırıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun oğlunun ittihamı İsraildə reaksiyalara səbəb olub.

7 oktyabr hücumlarından sonra İsrail ictimaiyyətində başlayan müzakirələr davam edir. 

HƏMAS üzvlərinin içəri sızmasından sonra bütün gözlər təhlükəsizlik qüvvələrinin qeyri-kafi olduğu iddialarına çevrilib. Təhlükəsizlik qüvvələri hücumdan əvvəl sərhəd xəttində lazımi tədbir görməməkdə günahlandırılır.

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu İsrail Müdafiə Qüvvələrini, məhkəmələri və medianı tənqid edib. 

Bu ittihamlar baş nazir Netanyahunun istefaya göndərilməsini tələb edən İsrail ictimaiyyətinin reaksiyasına səbəb olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR