Netenyahunun oğlu istirahətə yollanıb - FOTO

Netenyahunun oğlu istirahətə yollanıb - FOTO
DÜNYA
14:28 21.10.2023
228
İsrailin Qəzzaya hücumları davam edərkən, İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunun Mayamidə tətildə olduğu iddia edilib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yair Netanyahunun yayımlanan son fotosunda Nyu Yorkda olması bu iddiaları daha da gücləndirib.

Mübahisəli açıqlamaları ilə də gündəmə gələn Netanyahunun oğlu Yair Netanyahunun instagram hesabında İsraildəki hadisələrlə bağlı paylaşımlar etdiyi görünür. 

Ancaq şəklini paylaşdığı son məkanın Nyu York olması onun tətil iddialarını gücləndirib.
 
Netanyahunun həmin paylaşımını təqdim edirik:

Aysel
 

 


OXŞAR XƏBƏRLƏR